!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan Azərbaycana “QİYMƏT OXUDU”: “Dərmanların bahalaşmasına səbəb…” - Ekspertdən İZAH

!Reklam – Yazi

Gürcüstan Azərbaycana ixrac etdiyi dərmanların qiymətini artırıb. Bununla bağlı Gürcüstan Milli Statistika idarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, bu ilin birinci yarısında Azərbaycana ixrac edilən dərmanların dəyəri illik ifadədə 1,77 milyon dollar və ya 17,2% artıb, həcmi isə 47,7 ton və ya 14,1% azalıb. 2023-cü ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycana 12,08 milyon dollar dəyərində 290,22 ton dərman ixrac edib.

Gürcüstandan Azərbaycana ixrac edilən dərmanların qiymətinin artma səbəb nədir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla dərmanların qiymətində artımın səbəbinin həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsinin olduğunu bildirib:

“Azərbaycanda hələ ki, dərman istehsalı olmadığı üçün ölkəyə müxtəlif ölkələrdən dərman preparatları idxal edilir. Bizim əsas idxalçılarımız Rusiya, Ukrayna, Belarusiya, Türkiyə, Gürcüstan və bir neçə Avropa ölkələridir. Rusiya – Ukrayna müharibəsi Azərbaycan dərman bazarında müəyyən qıtlıq yaradıb. Müharibə gedən yerlərdə əczaçılıq sənayesinin infrastrukturu dağıdıldığı üçün bəzi dərmanların istehsalı dayanıb. Həmin dərmanların analoqları Türkiyədən gətirilir. Amma əhalinin öyrəşdiyi sovet dərmanlarının bəzilərinin analoqları yoxdur. Bu baxımdan bəzi problemlər var.

İndi Gürcüstandan da Azərbaycana dərmanlar gətirilir. Gürcüstanın həm qonşu ölkə olması, həm də kifayət qədər keyfiyyətli dərman istehsal etməsi bu ölkədən daha çox dərmanların alınması ilə nəticələnir.
Dərmanların qiymətlərinə gəldikdə isə bu, bazar tərəfindən tənzimlənir. Qiymətlərdə nəqliyyat xərcləri, yerindən alınma, sahibkarın gəliri və s. hamısı nəzərə alınır. Ümumiyyətlə, dərmanların qiymətində olan artım ümumi dünyadakı vəziyyətlə bağlıdır. Çünki həm pandemiya zamanı, həm də ondan sonra xüsusi qıtlıq yaranmışdı. Hazırda dərman qıtlığı ayrı-ayrı istiqamətlərdə də davam edir”.

Sadiq Cavadov

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv