!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etdi

!Reklam – Yazi

Gürcüstan parlamenti ölkə prezidentinin Mərkəzi Seçki Komissiyasının sədri və üzvlərinin seçilməsi prosedurunu dəyişdirən qanuna vetosunu ləğv edib.

Yenicag.az xəbər verir ki, yaz sessiyası ötən həftə bağlandığından bunun üçün növbədənkənar iclas keçirilib.

Vetonun ləğv edilməsinin lehinə 78, əleyhinə isə 14 səs verilib.

Yeni qanuna əsasən, parlamentin sədri müsabiqə komissiyası yaratmaq və namizədlər irəli sürmək hüququ əldə edib. Əvvəllər bu funksiyaları ölkə prezidenti həyata keçirirdi.

İndi MSK sədrinin və üzvlərinin beş il müddətinə seçilməsi üçün parlament tərkibinin üçdə ikisinin (yəni, ən azı 150 səs) deyil, sadə səs çoxluğu tələb olunur. Müsabiqə komissiyasına Gürcüstan prezidentinin bir nümayəndəsi daxil ediləcək.

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv