!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan prezidentinə cinayət işi AÇILA BİLƏR

!Reklam – Yazi

“İmpiçment alınmadı, cinayət işi açıla bilər”.

Yenicag.az xəbər verir ki, bunu oktyabrın 19-da jurnalistlərə Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

O, bu barədə Gürcüstan prezidentinə cinayət təqibinin mümkün olub-olmaması sualını cavablandırarkən deyib.

Konstitusiya pozuntusundan sonra Gürcüstan prezidenti Salome Zurabişvilinin hərəkətlərində cinayət tərkibinin əlamətləri aşkar edilərsə, araşdırma başlanacaq.

Bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Zurabişvilinin Gürcüstan hökumətinin razılığı olmadan Aİ-yə səfərini davam etdirəcəyi təqdirdə cinayət təqibinin mümkünlüyünü açıqlamışdı.

“Ümumiyyətlə, kimsə cinayət törədibsə, şübhəsiz ki, araşdırma aparıla bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozduğuna qərar verib. Şəxsən mən ədliyyə naziri kimi çox təəssüflənirəm ki, dövlət başçısının Konstitusiyanı pozması faktı artıq təsdiqlənib”, – Breqadze bildirib.

Xatırladaq ki, oktyabrın 18-də Gürcüstan parlamenti prezident Salome Zurabişviliyə impiçment elan edə bilməyib. Hakim “Gürcü Arzusu” partiyası 100 səs baryerini aşmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Bundan əvvəl Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətin razılığı olmadan Aİ ölkələrinə səfər edərək Gürcüstanın Avropaya inteqrasiyası perspektivləri ilə bağlı Avropa liderləri ilə danışıqlar apararaq Gürcüstan Konstitusiyasını pozduğuna dair qərar çıxarıb.

Gürcüstan hakimiyyəti həmçinin Zurabişvilini Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının tərəfində olmaqda və Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane olmaqda ittiham edib.

Xuraman Etibarlı

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv