!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan Prezidentinin xarici səfərlərinə qadağa qoyuldu

!Reklam – Yazi

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Avropa turnesi ləğv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası açıqlayıb.

Qeyd olunub ki, dövlət artıq avqustun 31-nə planlaşdırılan Almaniyaya səfərdən yazılı şəkildə imtina edib.

“Bundan başqa, prezidentə avqust-dekabr ayları arasında daha 9 səfərə icazə verilməyib. Söhbət Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərlərdən, Bolqarıstan, Çexiya və İsrailə rəsmi səfərlərdən gedir.

“Salome Zurabişviliyə xatırladırıq ki, Gürcüstan Konstitusiyasına görə, prezident ölkəni xaricdə yalnız hökumətin razılığı ilə təmsil edir, çünki ölkənin xarici siyasətinin həyata keçirilməsi hökumətin vəzifəsidir”, – bəyanatda deyilir.

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv