!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan XİN Cənubi Osetiyadakı “prezident seçkiləri”nə fikir bildirdi

!Reklam – Yazi

İşğal altında olan Cənubi Osetiya bölgəsində keçirilən “prezident seçkiləri” Rusiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı növbəti qanunsuz hərəkətidir.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, “seçkilər” beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir: “Bu cür təxribatçı hərəkətlər Gürcüstanın bölgələrinin qanunsuz işğal və gürcülərə qarşı etnik təmizləmənin qanuniləşdirilməsinə yönəlib. Seçkilərin heç bir hüquqi nəticəsi olmayacaq, Rusiyaya qoşulmaq üçün “refernedum” da ilhaq üçün növbəti qanunsuz addım olacaq”.

XİN Rusiyanı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə, 2008-ci il 12 avqust tarxili atəşkəs razılaşması da daxil olmaqla, beynəlxalq öhdəlikləri yerinə yetirməyə və işğal altında olan bölgələrin müstəqilliklərinin tanınmasına dair qərarını ləğv etməyə çağırıb.

“Biz beynəlxalq ictimaiyyəti Rusiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə xələl gətirilməsinə yönələn qanunsuz addımını düzgün qiymətləndirməyə və effektiv cavab verməyə çağırırıq”, – bəyanatda deyilir.

Qeyd edək ki, bu gün qondarma “Cənubi Osetiya Respublikası”nda “prezident seçkiləri” keçirilir. Qondarma rejimin “prezident”i Anatoli Bibilov martın 30-da bildirib ki, “respublika”nın Rusiyanın tərkibinə daxil olması ilə bağlı yaxın zamanlarda hüquqi addımlar atılacaq.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv