Ötən ay Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 149396 nəfər təşkil edib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə üz tutan Azərbaycan vətəndaşlarının sayı 12 482 nəfər və ya 9% artıb.
Noyabrda Azərbaycan vətəndaşları Gürcüstanın ən çox qəbul etdiyi xarici ölkə vətəndaşları arasında ikinci yerdə qərarlaşıb. Birinci yeri 177 400 nəfərlə Ermənistan, üçüncü yeri isə 98 483 nəfərlə Rusiya tutub.
Hesabat ayında qonşu ölkəyə dövlət sərhədlərini keçərək daxil olan əcnəbi vətəndaşların ümumi sayı 632 327 nəfərə bərabər olub. İllik müqayisədə Gürcüstana yollanan xarici vətəndaşların sayında 73 739 nəfər artım qeydə alınıb./Report/