Gürcüstanda Azərbaycan Ticarət Evi açıla bilər

“Gürcüstan hökuməti ölkədə Azərbaycan Ticarət Evinin açılmasına dəstək verməyə hazırdır”.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin I katibi Sərxan İsmayılov bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ticarət evinə yer ayırmağa hazırdır.

Diplomat qeyd edib ki, Azərbaycan dövləti də Gürcüstanda ticarət evinin açılmasını dəstəkləməyə hazırdır. O, ticarət evinin açılması məsələsinin gündəmdə olduğunu və bu istiqamətdə müzakirələrin davam etdiridiyini əlavə edib.

S.İsmayılov Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini daha fəal olmağa çağırıb. Onun sözlərinə görə, Azərbaycan şirkətləri Gürcüstan və Türkiyə şirkətləri ilə sıx əməkdaşlıq etməli, qarşılıqlı səfərlər və biznes forumlar təşkil olunmalıdır.

O, Azərbaycanlı İş Adamları Birliyini (AZEBİ) daha da genişlənməyə və şaxələnməyə çağırıb.

Qeyd edək ki, bu gün Azərbaycanın Gürcüstandakı səfirliyində AZEBİ-yə üzv olan şirkətlər və azərbaycanlı iş adamları ilə görüş keçirilib.

COP29