!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda azərbaycanlı həmkəndlisini buna görə qətlə yetirdi

!Reklam – Yazi

Gürcüstanın Marneuli rayonunun İkinci Kosalı kəndində qətl hadisəsi törədilib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Aparılmış operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən 1973-cü il təvəllüdlü A.İ. adlı şəxs saxlanılıb.

İstintaqla müəyyən edilib ki, həmin şəxs iyulun 14-də torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı münaqişə zəminində 1958-ci il təvəllüdlü T.E. adlı həmkəndilisinə ov tüfəngi ilə atəş açıb və hadisə yerindən qaçıb.

Yaralanan şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır. Soydaşımızın günahı sübuta yetirilərsə, onu 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv