!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda baş nazir prezidentə qarşı: “İmpiçment qərarı doğrudur”

!Reklam – Yazi

Gürcüstanda hakimiyyət qolları arasında ziddiyyətlər növbəti dəfə dərinləşib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə prezidenti Salome Zurabişviliyə qarşı başladılan impiçment prosedurunu dəstəkləyib.

Məlumata görə, Qaribaşvili prezidentin səlahiyyətlərinə son qoyulmasına yönəlik hakim “Gürcü arzusu” Partiyasının parlament fraksiyasının təşəbbüsünün ədalətli olduğunu bildirib:

“Çox acınacaqlı haldır ki, Gürcüstan Prezidenti ölkənin qanunlarını pozur. Biz qanunlara hörmətlə yanaşılmasında hər kəsə nümunə olmalıyıq. O baxımdan, hakim partiyanın impiçmentlə bağlı qərarı tamamilə ədalətlidir”.

Xatırladaq ki, Gürcüstan Prezidenti ölkə hökumətinin Rusiyayönümlü siyasətinə qarşı çıxdığı üçün zaman-zaman gərginliklər yaşanır.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv