!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda etirazçılarla polis arasında TOQQUŞMA: 7 polis yaralanıb

!Reklam – Yazi

Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etirazı davam edir.

Yenicag.az xəbər verir ki, ötən gecə Şota Rustaveli prospektində parlament binasının girişini bağlamağa çalışan polislə nümayişçilər arasında toqquşma baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı bibər qazı və su şırnaqlarından istifadə ediblər.

Etirazçıların polis əməkdaşlarına müxtəlif əşyalar atdığı bildirilir.

Bir qrup fəal ona bitişik küçələrdə nəqliyyatın hərəkətini əngəlləməyə çalışıb.

Tbilisidə iki gün davam edən etiraz aksiyaları zamanı 7 polis əməkdaşı yaralanıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəis müavini Aleksandr Daraxvelidze məlumat verib.

Mayın 1-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Sənədi 83 deputat dəstəkləyib, 23 deputat isə əleyhinə çıxıb.

Qanun layihəsinin yekun təsdiqi üçün üçüncü oxunuşda da qəbul edilməlidir.

Sənəd keçən il qanun layihəsinin birinci variantı müzakirə edilən zaman kütləvi etirazlara səbəb olmuşdu.

Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət partiyaları qanun layihəsini Rusiyayönümlü hesab edərək ona qarşı çıxırlar.

Zurabişvili bəyan edib ki, xarici agentlər haqqında qanun layihəsi üç oxunuşda qəbul olunarsa, ona veto qoyacaq.

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv