!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda hakim partiya aksiya təyin etdi – Bu tarixdə keçiriləcək

!Reklam – Yazi

Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu” “Xarici agentlər haqqında” qanununa dəstək aksiyası təyin edib. Aksiya aprelin 29-da, parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ikinci oxunuşu ərəfəsində keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Gürcü arzusu”nun reytinqi 60%-i, müxalifətinki isə cəmi 12%-i keçib. Bildirilib ki, “Xarici agentlər haqqında” qanuna etiraz edənlər azdır, maksimum 9.500 nəfərdir və ümumilikdə ölkə hakim partiyanın bütün təşəbbüslərini dəstəkləyir.

Qeyd edək ki, bəyanat bu sözlərlə bitir: “Qara pula yox deyək və şəffaflığa, əsl Avropa yoluna, müstəqil və suveren Gürcüstana “hə” deyək”.
Xatırladaq ki, aprelin 15-də “Rusiya qanunlarına yox” şüarı ilə “Gürcü arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etirazlar başlayıb. Həmin gün Milli Məclisin Hüquq Məsələləri Komitəsi qanun layihəsinin müzakirəsinə başlayıb. Ötən həftə ərzində etirazçılar ölkə parlamentinin yerləşdiyi Rustaveli prospektini bağlayıblar.

Qanun layihəsi aprelin 17-də birinci oxunuşda 83 deputat tərəfindən dəstəklənib, həmin gün keçirilən kütləvi nümayişlər fonunda xüsusi təyinatlılar parlamentin girişindən etirazçıları dağıdıb, polislər də yaralanıb.

Layihəyə əsasən, gəlirlərinin 20%-dən çoxunu xarici dövlətdən əldə edən QHT və KİV-lər xarici dövlətlərin maraqlarını ifadə edən təşkilatların reyestrində qeydiyyata alınmalıdır.
Qanun layihəsi Brüssellə münasibətləri də gərginləşdirib.

“Açıq demək istəyirəm. bu qanun layihəsi parlamentdə səsə qoyuldu, bu, Gürcüstanı Aİ-yə yaxınlaşdırmır. Əksinə, biz hazırkı hökumətin belə bir qərar qəbul etməsindən məyus olduq”, – deyə Avropa Şurasının prezidenti Şarl Mişel bildirib.

Hakim partiya isə öz növbəsində beynəlxalq təşkilatların və ABŞ-ın onlara ünvanladığı tənqidlərin heç bir əsası olmadığını bildirir.

Rafi Müslümov

www.yenicag.az

99
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv