!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda iki soydaşımız bədbəxt hadisənin qurbanı oldu

!Reklam – Yazi

Gürcüstanın soydaşlarımızın sıx yaşadığı Marneuli rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Sulxan Saba küçəsində yaşayan Zaur Rüstəmova məxsus evin həyətində baş verib. Belə ki, ev sahibinin kanalizasiya quyusunun təmizlənməsi üçün çağırdığı fəhlə quyuya enəndən sonra onun halı qəflətən pisləşib. Z.Rüstəmov ona kömək etmək üçün quyuya enib. Lakin bu zaman Z.Rüstəmovun da halı pisləşib, huşsuz vəziyyətə düşüb. Nəticədə hər ikisi quyudan çıxa bilməyib.

Xilasedicilər və təcili tibbi yardım briqadası gələnə kimi vəziyyətləri daha da ağırlaşan hər iki soydaşımız ölü halda aşkarlanıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv