!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda itkin düşən azərbaycanlı ilə bağlı yeni xəbər

!Reklam – Yazi

Gürcüstanda bir aydır itkin düşən azərbaycanlılın yaxınları aksiya keçirib Nazim Nəbiyev
Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində aksiya keçirilib.

Yenicag.az xəbər verir ki, yerli sakinlər bir ay bundan öncə itkin düşmüş həmkəndliləri 42 yaşlı Nazim Nəbiyevin bu günədək tapılmamasına etiraz ediblər.

Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarını fəaliyyətsizlikdə günahlandırıblar. Onların sözlərinə görə, polis axtarışları davam etdirdiyini bildirsə də, indiyədək heç bir nəticə yoxdur.

Xatırladaq ki, N.Nəbiyev yanvarın 4-də Qardabani bələdiyyəsinin Qaracala kəndinə gedib. O, mal-qara almaq üçün üzərində 32 min lari pulla Kaspi rayonuna yollanmağa hazırlaşırdı. Yaxınları onun itkin düşməsini pulla əlaqələndirirlər./Report/

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv