!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda Kinder şokoladları satışdan çıxarılır

!Reklam – Yazi
Gürcüstanda İtaliyanın “Ferrero” şirkətinin “Kinder” markalı müxtəlif şokolad növlərinin konkret partiyalarının aşkarlanması və satışdan çıxarılması proseduruna başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.

Qurum idxalçı şirkətləri şübhəli partiyalar barədə məlumatlandırıb, şirniyyat məhsullarının satışdan yığışdırılması ilə bağlı çağırış edib. Xüsusilə 2021-ci il noyabrın 15-dən “Uovo Maxi” brendi məhsulunun satışdan çıxarılması tələb olunur.

Bildirilib ki, Agentliyin inspektorları qeyd olunan biznes operatorlarla bağlı plandan kənar yoxlamalar və nəzarət həyata keçirəcək.

Qeyd edək ki, Avropanın bir sıra ölkələrində 10 yaşadək uşaqlarda, çox güman ki, “Kinder” şokoladlarından salmonellaya yoluxma halları qeydə alınıb.

Bununla bağlı olaraq müxtəlif ölkələrin bazarlarında bu şirniyyatların satışı qadağan olunub və istehlakçılar məlumatlandırılıb.

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv