!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda kömür şaxtasında qəza baş verib: ölən və yaralananlar var

!Reklam – Yazi

Gürcüstanın qərbində, Tkibuli rayonundakı Mindeli kömür şaxtasında bədbəxt hadisə baş verib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, şaxtada çalışan bir neçə fəhlə yüksəklikdən yıxılıb.

Onlardan 4-nün öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Hadisə zamanı habelə bir neçə nəfər də yaralanıb.

Ölkənin baş naziri Georgi Kvirikaşvili hadisə ilə əlaqədar xüsusi bəyanatla çıxış edib. O, hadisənin səbəblərinin araşdırıldığını bildirib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi faktı təsdiqləyib, nazir Qeorqi Qaxariyanın əmri ilə Tikintilərə Texniki Nəzarət Agentliyinin əməkdaşları hadisə yerinə göndəriliblər.

Nazirin sözlərinə görə, hazırda qəzanın səbəbləri araşdırılır və ictimaiyyətə ətraflı məlumat veriləcək.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir.

Yeniçağ.Az

www.yenicag.az

504
Ads
www.veteninfo.com
!Reklam – Arxiv