Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanda koronavirusa yoluxanların sayı 30 mini ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha 1 872 nəfər yoluxub, 14 nəfər isə ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 30 303 nəfərə, ölənlərin sayı 215 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3 769 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 11 370 nəfərin sağaldığı bildirilir.

www.yenicag.az

148