!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda prezident-hökumət QARŞIDURMASI: “Ya bu siyasətə korrektə edilməlidir, ya da...” – Gela Vasadze

!Reklam – Yazi

“Bu qarşıdurmanın mühüm elementlərindən biri budur ki, müxalifət də qeyd olunan prizmada prezidentlə eyni mövqedədir”.

Bu fikirləri Gürcüstanda hökumətlə prezident arasında baş qaldıran ziddiyyətlərin dərinləşməsi fonunda proseslərin mümkün inkişafını dəyərləndirən Qafqaz Strateji Tədqiqatlar İnstitutunun siyasi müşaviri, politoloq Gela Vasadze Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun ehtimalına görə, Gürcüstanda prezident-hökumət qarşıdurması ölkədə vəziyyəti daha da gərginləşdirəcək:

“Prezidentlə hökumət arasında fikir ayrılıqlarının kəskinləşməsi və açıq müstəviyə çıxması bu qarşıdurmanın kifayət qədər ciddi xarakter aldığını göstərir.

Ölkə prezidenti hökuməti Gürcüstanı beynəlxalq səviyyədə təcrid vəziyyətinə salan, yaxın dövlətlərlə problemlər yaradan siyasət yürütməkdə ittiham edir.

Bu qarşıdurmanın mühüm elementlərindən biri budur ki, müxalifət də qeyd olunan prizmada prezidentlə eyni mövqedədir.

İndiki vəziyyətdə onu deyə bilərik ki, Gürcüstanda hadisələr iki məcrada inkişaf edə bilər: ya hökumət öz siyasətinə köklü korrektələr etməlidir, ya da bu prosesdə ən gözlənilməz nəticəyə hazır olmalıyıq. Yəni bu gedişatda hər şey baş verə bilər. Vəziyyət artıq yetərincə gərgindir”.

A.Zeynalov

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv