!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda prosesin alovlanma EHTİMALI: “Bu müzakirələr kütləvi aksiyalara apara bilər”

!Reklam – Yazi

“Gürcüstan parlamentdə müzakirələr kütləvi aksiyalara apara bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Gürcüstanda səngiyən mitinqlər, prosesin alovlanma ehtimalını dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədlinin sözlərinə görə, Gürcüstanda hökumətlə prezident arasında etimadsızlıq var.

“Prezidentin veto hüququ var. Prezident veto hüququndan istifadə edib və bunu əsaslandırıb. Salome Zurabişvili ümumxalq səsverməsi ilə seçilən prezidentdir. O düşünür ki, sözü gedən qanun Rusiyanındır, Gürcüstanı Avropaya getməkdən dayandırmağa xidmət edir. Prezident bildirir ki, qanun heç bir redaktəyə sığımışr və birmənalı olaraq ləğv olunmalıdır. Bundan sonra proseslər başlayacaq”, – deyə o bildirib.

Z.Məmmədlinin sözlərinə görə, Gürcüstanda kifayət qədər siyasi yol keçmiş elektral baza var:

“Gənclər, qadınlar, tələbələr prosesə biganə deyillər. Bu baxımdan ciddi təlatümlərin olması qaçılmazdır. Ola bilər ki, prezident hakimiyyəti ilə hökumət ortaq razılaşmaya gəlsinlər, ancaq buna gümanım azdır.

Gürcüstanın dünyada olan tərəfdaşları, xüsusilə ABŞ və Avropa institutlarının mövqeyi çox önəmlidir. Gürcüstanda prezidentin sözügedən qanuna veto qoymasının nəticəsi ola bilər. Hər halda, bunu gürcü xalqı, tərəfdaşlar birgə həll edəcəklər. Parlamentdə müzakirələr kütləvi aksiyalara apara bilər. Bütün hallarda Gürcüstanda problemlərin dinc, demokratik qaydada həll olmasının, qonşuluğumuzda stabil ölkənin olmasında maraqlıyıq. Dünya təlatümlüdür. Bəhanələr axtarılır ki, bölgəyə girsinlər. Bu əsaslar heç kimə, xüsusilə düşmən olan qüvvələrə verilməməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv