!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda “Şuşa İli” çərçivəsində fotosərgi keçirildi – FOTOLAR

!Reklam – Yazi

Yenicag.az xəbər verir ki, sərgi “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyin sədri Toğrul Allahverdili çıxış edərək sərginin mahiyyətindən danışıb.

Sərgidə Şuşanın tarixi, mədəni irsi, işğal dövründə məruz qaldığı vandallıq, təbiəti, turizm potensialı, Prezident İlham Əliyev səfərlərini əks etdirən fotolar nümayiş etdirilib. Eyni zamanda Qarabağda qazandığımız böyük zəfər və Şuşa şəhərinin Azərbaycan üçün siyasi-strateji əhəmiyyəti haqqında Gürcüstan ictimaiyyətinin nümayəndələrinə geniş məlumat verilib.

Sərgidə Gürcüstandakı Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirin rəsmi tərəfdaşları Azərbaycanın Gürcüstandakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondudur.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv