!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstandakı xalq etirazı: "Xarici agentlərlə bağlı müzakirə olunan yeni qanun..."

!Reklam – Yazi

“Bu addım gələcəkdə Gürcüstanda yeni siyasi etiraz dalğalarının yaranmasına səbəb ola bilər. Ən azından biz buna cəhdləri müşahidə edəcəyik”.

Bu fikirləri Gürcüstanda baş verən qanun dəyişikliyi fonunda xalq etirazları haqqında danışan politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Gürcüstanda vəziyyət digər Cənubi Qafqaz ölkələrindən müəyyən dərəcədə fərqlənir:

“Son illər bu ölkədə siyasi sabitlik olub. Ölkə siyasi kataklizm və böhranlardan özünü qorumağa çalışırdı. Lakin Gürcüstanın yaxın tarixini unutmaq olmaz. Bu ölkəni idarə edən hökumət kifayət qədər gənc və dinamik komandadır. Ancaq görünür ki, onların müəyyən məsələlərdə siyasi təcrübəsi kifayət deyil. Gürcüstan son illər regionda mövcud olan siyasi balansı qoruyaraq öz sabit inkişafını təmin etməyə çalışdı. Ancaq bu ölkədə siyasi sabitliyin kifayət qədər kövrək olduğunu unutmaq olmaz.

Gürcüstan Prezidenti ilə hökumət arasında, eləcə də cəmiyyət ilə hökumət arasında fikir ayrılıqları var. Gürcüstanda iqtisadi sabitlik və təhlükəsizlik baxımından vətəndaşlar indiki hökumətə və onu pərdəarxası yönəldən İvanaşvilliyə kredit verdi. Hökumətin mövcud olan qırmızı xətti keçməsi cəmiyyətin ciddi etirazına səbəb oldu.

Son dövrlərdə – yəni Ukrayna ərazilərinə hərbi müdaxilədən sonra Rusiyaya qarşı çox ciddi ovqat formalaşıb. Tarixdən gürcü xalqının haqlarını tələb etmək baxımından kifayət qədər fəal olduğunu bilirik. 2008-ci ildə Rusiyadan dəfələrlə balaca olan Gürcüstan Rusiyaya qarşı ciddi bir dirəniş nümayiş etdirmiş, bu hərəkət isə ərazilərinin itirilməsinə səbəb olub.

Hazırda Gürcüstan Rusiya ilə münasibətləri normal saxlamağı ilə yanaşı, Qərbə də inteqrasiyasını davam etdirir. İndiki, xarici agentlərlə bağlı müzakirə olunan yeni qanun Gürcüstanın Qərbə inteqrasiyasi və Qərblə əlaqələr baxımından əsaslı bir maneə sayıla biləcək. Bu gün Gürcüstan vətəndaş cəmiyyəti Qərbdən həm maliyyə və siyasi baxımdan yetərincə asılıdır. Yeni qanun məhz bu prosesi tormozlamağa yönəlib. Yeni qanun təşəbbüsü baş tutarsa, bunun Gürcüstana iqtisadi və siyasi baxımdan mənfi təsiri olacaq. Bu addım gələcəkdə Gürcüstanda yeni siyasi etiraz dalğalarının yaranmasına səbəb ola bilər. Ən azından biz buna cəhdləri müşahidə edəcəyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv