!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Gürcüstan Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı son razılaşmaları alqışlayır.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində qeyd olunub.

“Gürcüstan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının sərhədin demarkasiyası prosesinə başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır”, – deyə qeyd olunub.

Bildirilib ki, Gürcüstan regionda sabit sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın qurulması prosesinə töhfə vermək üçün möhkəm öhdəliyini təsdiqləyir.

www.yenicag.az

87
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv