!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstandan Ukraynaya TƏLƏB: “Saakaşvili tərəfdarlarını ektradisiya et”

!Reklam – Yazi

Gürcüstan Ukraynadan Saakaşvili hökumətinin üzvlərini ekstradisiya etməyi tələb edir

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin bəyanatında deyilir.

Bildirilir ki, Gürcüstan Ukraynadakı Saakaşvili hökumətinin üzvlərinin ekstradisiyasını tələb edib.

“Biz ümid edirik ki, Ukrayna hakimiyyəti Gürcüstan və Ukrayna, gürcü və ukrayna xalqları arasında dostluq ruhuna kobud şəkildə zidd olan qərarlara yenidən baxacaq”, – bəyanatda bildirilir.

Daha sonra qeyd olunur ki, Ukrayna hakimiyyəti üçün hazırda Ukrayna hökumətində yüksək vəzifələr tutan “cinayətkarlar”ın Gürcüstana köçürülməsi vacib və zəruridir.

“Ukraynanın Aİ və Almaniya Federativ Respublikasına rəsmi nümayəndə heyətinin tərkibində Zurab Adeişvilinin səfəri fonunda biz Ukrayna hakimiyyətinin Ukraynaya dost ölkəyə münasibəti ilə bağlı dərin narahatlığımızı bildirmək istərdik.

Bunun fonunda Ukrayna hakimiyyətinin bir sıra qərarları təəssüf və dərin narahatlıq doğurur ki, bu da iki ölkə və xalqlar arasında qurulmuş ənənəvi dostluğa birbaşa ziddir.

Ukrayna hökumətində yüksək vəzifələrdə hələ də axtarışda olan və ya müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslər çalışır.

Bu baxımdan, Zurab Adeişvilinin Ukrayna baş prokurorunun müşaviri vəzifəsində olması, eləcə də Ukrayna Əks-kəşfiyyat Xidmətinin rəis müavini Georgi Lortkipanidzenin bu vəzifədə olması xüsusi narahatlıq doğurur.

Gürcüstan hökuməti Ukrayna hökumətinin iki dost ölkəni və xalqı bir-birindən süni şəkildə uzaqlaşdırmağa yönəlmiş belə qərarlar verdiyini anlamır”, – hökumətin bəyanatında vurğulanır.

Xuraman Etibarlı

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv