Gürcüstanın Azərbaycana nə qədər borcu var?

Gürcüstanın Azərbaycana olan dövlət borcunun məbləği açıqlanıb.

Yenicag.az xəbər verir ki, 2017-ci ilin oktyabrın 31-nə olan məlumata görə, qonşu ölkənin Azərbaycana borcu 8,995 milyon dollar təşkil edir.

Bütövlükdə isə Gürcüstanın xarici dövlət borcu 5 milyard 1,580 milyon dollardır.

Qonşu ölkənin ən çox Almaniyaya borcu var – 287 milyon dollar.