Gürcüstanın Azərbaycana olan borcu açıqlandı

Gürcüstanın Azərbaycana olan borcunun məbləği açıqlanıb.

Yenicag.az xəbər verir ki, 2017-ci il oktyabrın 1-nə olan məlumata görə, qonşu ölkənin Azərbaycana olan borcu 8,995 milyon dollar təşkil edir. Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bütövlükdə isə Gürcüstanın xarici dövlət borcu 5,5 milyard dollardan çoxdur.