Gürcüstanın Azərbaycandakı səfirliyində səsvermənin nəticələri

Noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin ikinci turu ilə bağlı bu ölkənin Azərbaycandakı səfirlyinidə yaradılmış üç seçki məntəqəsi üzrə səsvermənin nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, diplomatik nümayəndəlikdə səs vermiş Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata əsasən, Bakıda fəaliyyət göstərmiş üç seçki məntəqəsi üzrə nəticələr belədir:

4 saylı seçki məntəqəsi: Q.Vaşadze 96 səs, Salome Zurabişvili 13 səs.

5 saylı seçki məntəqəsi: Q.Vaşadze 91, Salome Zurabişvili 16 səs.

6 saylı seçki məntəqəsi:Q.Vaşadze 63, Salome Zurabişvili 12 səs.

Qeyd edək ki, oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda da Gürcüstanın Azərbaycandakı səfirliyindəki üç seçki məntəqəsində Q.Vaşadze səs üstünlüyü əldə etmişdi./Report/