!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanın Baş naziri: "Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq"

!Reklam – Yazi

Rusiyaya qarşı sanksiyalarla bağlı çox aydın mövqeyimiz var. Biz sanksiyalar tətbiq etmirik və bu məsələdə çox güclü arqumentlərimiz var.

Yenicag.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrellə birgə mətbuat konfransında deyib.

Baş nazir Tbilisinin Rusiyaya qarşı sanksiyalara qoşulması ehtimalını istisna edib. Bununla yanaşı, Kobaxidze Ukraynanı siyasi cəhətdən qətiyyətlə dəstəklədiklərini bildirib.

O, həmçinin Ukraynanın bəzi rəsmilərinin Gürcüstanda “ikinci cəbhə”nin açılması ilə bağlı bəyanatları, o cümlədən ABŞ-ın Baş katibinin bəyanatından təəssüfləndiklərini vurğulayıb./Report/

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv