!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanın hakim partiyası prezident Zurabişvilini İSTEFAYA GÖNDƏRƏCƏK

!Reklam – Yazi

Gürcüstanın hakim partiyası prezident Zurabişvilini istefaya göndərə biləcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Georgia.Online məlumat yayıb. Məlumatda bildirilir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının rəhbəri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilinin vəzifəsindən kənarlaşdırıla biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, “belə bir ssenarinin fəal şəkildə müzakirə olunduğu barədə məlumatlar var”.

“Prezidentin istefaya getməsi, faktiki olaraq vəzifədən kənarlaşdırılacağı ehtimalı yüksəkdir… Çox güman ki, bu, avqust-sentyabr aylarında baş verə bilər”, – Kobaxidze bildirib.

Kobaxidze təklif edib ki, Zurabişvili müxalifətin seçki kampaniyasını dəstəkləyə və ya parlament seçkilərində şəxsən iştirak edə bilər.

“Biz hamımız seçkilərdən sonra müxalifətin kampaniyasını nəyə əsaslanacağını əvvəlcədən bilirik və bu məsələdə radikal müxalifət Salome Zurabişvilinin dəstəyinə ehtiyac duya bilər. Bununla belə, Zurabişvilinin avqust-sentyabr aylarında parlament seçkilərində iştirak etmək üçün prezident postunu tərk etməsi ilə bağlı alternativ ssenari nəzərdən keçirilə bilər”.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment proseduruna başlandığını elan edib. O, bu qərarını prezidentin dövlətin əsas qanununu pozması kimi izah edib. “Gürcü Arzusu”na görə, bu, Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinə başlamasıdır.

Xatırladaq ki, oktyabrın 16-da Konstitusiya Məhkəməsi Gürcüstan prezidentinin qanun pozuntusunu tanıyıb və bununla da impiçment proseduruna başlamaq üçün yaşıl işıq yandırıb. Müvafiq qərarı məhkəmənin 9 üzvündən altısı dəstəkləyib. Bundan sonra proses parlamentə keçib.

İmpiçmentin həyata keçirilməsi təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin dəstəyini tələb edirdi. Nəticədə “Gürcü Arzusu” Zurabişvilini vəzifədən uzaqlaşdırmaq üçün lazımi sayda səs toplaya bilməyib.

Xuraman Etibarlı

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv