!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanın Konstitusiya məhkəməsi ölkə prezidentini "İŞDƏN AZAD ETDİ"

!Reklam – Yazi

Gürcüstanın Konstitusiya məhkəməsi ölkə prezidentini “işdən azad edib”.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsinin sədri bildirib. Məhkəmə ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti barədə vəsatəti təmin edib.

Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyası bəyan etmişdi ki, prezident Salome Zurabişvili hökumətin razılığı olmadan xarici ölkələrə silsilə səfərlərə başlamaqla Gürcüstan Konstitusiyasını kobud şəkildə pozub.

Sentyabrın 22-də ölkənin Konstitusiya Məhkəməsi Gürcüstan parlamentinin 80 deputatından prezidentin impiçmenti barədə bəyanat qəbul edib.

Gürcüstan prezidentinə impiçment elan etmək üçün 100 parlament üzvünün razılığı lazım idi. 150 üzvdən ibarət Gürcüstan parlamentində 140 fəal deputat var. Parlament çoxluğuna 84 deputat, parlament müxalifətinə isə 56 deputat daxildir.

Müxalifət hakim hökumətin impiçment üçün səs toplamaq üçün deputatlara “rüşvət” verə biləcəyini istisna etmir.

Xuraman Etibarlı

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv