Gürcüstan parlamenti bu gün keçirdiyi növbədənkənar iclasda yeni baş nazir Mamuka Baxtadzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib.
Yenicag.az xəbər verir ki, yeni kabinetin lehinə 99, əleyhinə 6 deputat səs verib.
Yeni hökumətdə iqtisadiyyat, maliyyə və xarici işlər naziri dəyişib.
Qeyd edək ki, Georgi Kvirikaşvilinin rəhbərlik etdiyi Gürcüstan hökuməti iyunun 13-də istefaya yollanmışdı.
36 yaşlı M.Baxtadze G.Kvirikaşvili hökumətində maliyyə naziri vəzifəsində işləyirdi.