!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Haber Global"dan Qarabağ zəfərinin ildönümü ilə bağlı VİDEO

!Reklam – Yazi

Türkiyənin “Haber Global” telekanalı Qarabağ Zəfərinin üçüncü ildönümü münasibətilə süjet hazırlayıb.

“Unikal” xəbər verir ki, süjetdə Ermənistanın təxribatlarından sonra 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından və 44 gün ərzində Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən bəhs olunur.

Materialda ilk olaraq Azərbaycanın 30 il səbrlə gözləməsindən, hər zaman diplomatiyaya üstünlük verməsindən, ancaq ötən müddət ərzində ATƏT-in Minsk qrupunun və Ermənistanın sülhdə, problemin həllində maraqlı olmamasından danışılıb.

Qeyd edilib ki, bütün bu nəticəsiz danışıqlardan və Ermənistanın təxribatlarından sonra Azərbaycan öz dəmir yumruğunu qaldırır – 44 gün ərzində bütün Azərbaycan xalqı bir yumruq kimi birləşir, gənclər cəbhəyə yollanmaq üçün könüllü sıraya düzülürlər və beləliklə, Azərbaycan əsgəri Qarabağda dastan yazır. Şəhərlər, kəndlər azad olunur.

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv