Hacı Allahşükür Paşazadə: “Nəsimiyə hələ müstəqil Azərbaycanın “pasport”unu verə bilməmişik” – VİDEO/YENİLƏNDİ
“Nəsimi iki cahana sığmadığı kimi, bir ilə də sığmır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədri Şeyxülsilam Hacı Allahşükür Paşazadə QMİ tərəfindən Bakıda təşkil olunan “Nəsimi 650: “Haqqın carçısı” adlı beynəlxalq elmi konfransdakı çıxışında səsləndirib:
“Bu il Nəsiminin 650 illiyi ilə bağlı xeyli işlər görüldü. Mən iki dövrün – Sovet və müstəqil Azərbaycan dövrünün Şeyxülislamı olduğum üçün bu yanaşmalar arasındakı fərqi görürəm.
Amma Nəsimi haqq aşiqi idi. Nəsimi iki cahana sığmadığı kimi, bir ilə sığmır. Biz hələ Nəsimiyə müstəqil Azərbaycanın pasportunu verə bilməmişik”.
Aqil Bəkir