!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Allahşükür Paşazadənin Rusiya “beşinci kolon”u ilə BAĞLILIĞI: “Onun rəhbərlik etdiyi QMİ iki əsrdir ki...” – Elşad Miri

!Reklam – Yazi

“Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Çar Rusiyası dönəmindən etibarən mövcud olan tarixi mexanizmli bir quruluşdur”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allaşükür Paşazadənin yeni şəraitdə fəaliyyətsizliyi, həmçinin ona və rəhbərlik etdiyi quruma yönəlik kəskin tənqidlərin artmasına, o cümlədən Şeyxülislamın Rusiyaya bağlı “beşinci kolon”a mənsubluğu haqda iddialara münasibət bildirən ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

O, açıqlamasında indiyə kimi Allaşükür Paşazadənin dinlə bağlı effektiv fəaliyyətini görmədiyini bildirib:

“Ümumiyyətlə, Allahşükür Paşazadənin fəaliyyətini görməmişəm. Sadəcə olaraq onun Şuşadakı çıxışı zamanı “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikrini səsləndirməsi siyasi fəaliyyəti ilə bağlıdır. Bundan sonra Allahşükür Paşazadə hansısa protokolda görünmür. Görünür, öz mesajını alıb və geri çəkilib. Bu baxımdan, artıq müəyyən addımlar atmağa, Roma Papası ilə görüşməyə çalışır. Guya ki, öz səhvini təkrar düzəldir. Lakin nəticə etibarilə, indiyə kimi gördüyü hansısa ciddi fəaliyyəti olmayıb. Allahşükür Paşazadənin ən böyük fəaliyyəti fəaliyyətsizliyidir. Bu günə qədər onun əlaltıları, sağ əli və sol əli dini sferada fəaliyyətini davam etdirirlər. Belə ki, Allahşükür Paşazadənin sırf lehinə olacaq işlər görməklə məşğuldurlar və məharətlə bacarırlar.

Şeyxin Rusiya və “beşinci kolon”a bağlılığına gəlincə, İranla bağlı mövqeyini real olaraq öz dilindən eşitmişik. O, səsləndirdiyi fikirlərdə konkret olaraq “Mənim dini liderim İranın indiki ali lideri Ayətullah Xameneidir”, – deyə bildirib. Şuşa görüşündə də bunu açıq şəkildə nümayiş etdirmişdi. Lakin Rusiya və “beşinci kolon”la əlaqəsi məsələsində bilirik ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Çar Rusiyası dönəmindən etibarən mövcud olan tarixi mexanizmli bir quruluşdur. Qurum üç əsrdir ki, fəaliyyətini deyil, öz missiyalarını davam etdirir. Qurumun başındakı şəxslər Rusiya Prezidenti Vladimir Putinlə, Moskva və bütün Rusiyanın Patriarxı Kirill ilə münasibətdə olduğunu heç vaxt gizlətməyib. Hətta Rusiyadan ordenlər alındığının da şahidi olmuşuq. Lakin indiki halda Allahşükür Paşazadənin ruslarla, Ramiz Mehdiyevlə əlaqəsinin olub-olmamasına dair konkret fikir deməyim mümkün deyil. Çünki reallığın necə olduğunu bilmirəm. Şeyxin çıxışlarını izləməklə konkret nəticələr əldə etmək mümkün olar”.

Qafqaz Müsəlmanları İdarəsinin indiki fəaliyyətinə də toxunan Elşad Miri vurğulayıb ki, bu gün QMİ-nin səlahiyyətində olan bir çox məsələlər artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib:

“İmam və axundların təyin olunması, onlara yardım adı altında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondundan hər ay maaş verilməsi kimi məsələlər QMİ-nin səlahiyyətində deyil. Bunlar QMİ-nin əlindəki bütün məşğuliyyətlərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə keçdiyini göstərir. Görünür, bugünkü Dini Komitə Türkiyənin protokolda yer alan, vaxtilə Baş nazir tərəfindən təyin olunan Dəyanət İşləri Başqanlığına çevrilməkdədir. Ola bilsin ki, QMİ tarixi qurum kimi saxlanılsın və ya ölkəmizdə bəzi yerlərdə olduğu kimi, qurum rəhbərdən sonra tamamilə ləğv olunsun. Çünki bu gün İslam Universiteti də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdindəki Azərbaycan İslam İnstitutuna birləşdirilib və tələbələri ora köçürülüb. Fikrimcə, yaxın gələcəkdə Türkiyədəki dinlə bağlı mexanizm ölkəmizdə birtərəfli şəkildə tətbiq oluanacaq. Burada isə QMİ-nin rolunu görmək mümkün olmayacaq”.

www.yenicag.az

1879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv