!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hacı Əliyev ardıcıl 3-cü dəfə olimpiadaya lisenziya əldə etdi

!Reklam – Yazi

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev (65 kq) ardıcıl üçüncü dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Yenicag.az xəbər verir ki, üçqat dünya və dördqat Avropa çempionu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.

32 yaşlı idmançı yarımfinalda Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gəlib.

H.Əliyev Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medala yiyələnib.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) də olimpiadaya lisenziya qazanıb. Daha əvvəl isə digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) bunu bacarmışdı./Report/

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv