Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hacı İbrahim həbs olunan qudasından danışdı

Reklam: High Technic

Azərbaycanın tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) barəsində yayılan ittihamlara cavab verib.

Yenicag.az xəbər verir ki, modern.az-a açıqlamasında hazırda öz biznesilə məşğul olduğunu deyən İbrahim Nehrəmli insanları şayiələrə uymamağa çağırıb:

“Mahir Quliyev mənim qudamdır, bunu inkar etmək olmaz. Amma o ayrı fəaliyyətlə məşğul idi, mən ayrı. Hərə də özünə cavabdehdir”.

Bu barədə geniş şərhə ehtiyac görməyən iş adamı hazırda aqrar sahə ilə bağlı işlərini davam etdirdiyini qeyd edib:

“Ötən dəfə bildirdiyim kimi, suvarma problemimiz vardı, amma artıq həll olunub. Taxılımızı biçdik, yaxşı da məhsul götürdük. Hazırda 1500 hektar yonca, 700 hektar qarğıdalı əkirik. İnşallah bəhrəsini də görəcəyik”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Biləsuvar rayon icra başçısı Mahir Quliyev saxlanılıb. Rayonun keçmiş başçısı Mahir Quliyev haqqında həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı məlumata görə, Mahir Quliyev “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “təkrar rüşvət alma”, “mənimsəmə faktlarına görə” maddələri ilə ittiham olunur.

DTX-nın yaydığı videoda Mahir Quliyev “əməllərini” etiraf edərək, “bundan utandığını” bildirib.

Prezident İlham Əliyev sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 30-da vəzifəsindən azad edilib.

www.yenicag.az

938