Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Hacı Mazan" Bakıda əməliyyat olundu - AÇIQLAMA/YENİLƏNDİ

Bu gün Neftçalada ağır yol qəzası nəticəsində xəsarət alan Hacı Mazan ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirilib.

Universitetin mətbuat katibi Günel Aslanova Oxu.Az-a bildirib ki, xəstə klinikaya gətirilərkən vəziyyəti ağır olub:

“Ramazan Zeynalov bədənin çoxsaylı sınıqları ilə klinikaya daxil olub. Artıq üzərində cərrahiyyə əməliyyatı başa çatıb”.

O, hazırda Hacı Mazanın reanimasiya bölməsində klinikanın Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirlinin nəzarəti altında olduğunu, vəziyyətinin stabil olduğunu deyib.

***

16:47

Bu gün ağır yol qəzası keçirən iş adamı Hacı Mazan hazırda əməliyyat masasındadır.

Yenicag.az-ın məlumatına görə, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində “Hacı Mazan” kimi tanınan Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

İlk öncə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R.Zeynalov daha sonra Cərrahiyyə Klinikasına aparılıb. Klinikadan Trend-ə verilən məlumata görə, Hacı Zaman hazırda əməliyyat olunur.

Qeyd edək ki, R.Zeynalov xidməti avtomobili – “Range Rover”lə qəzaya düşüb. Nəticədə özü və sürücüsü xəsarət alıb. O, sağ budun sınması və qapalı beyin travması ilə xəstəxanaya çatdırılıb./Trend/

www.yenicag.az

1869
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100