!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Şahin dəfn olundu - VİDEO / YENİLƏNDİ

!Reklam – Yazi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Hacı Şahin Həsənli martın 3-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

***

10:20

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.

“Əjdərbəy” məscidinin icma sədri Hacı Həmdüllah Babayev Yenicag.az-a açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında saat 16:00-da torpağa tapşırılacaq.

Qeyd edək ki, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

***

10:02

Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, mərhum son mənzilə Məşədi Dadaş məscidindən yola salınacaq.

Hacı Şahin Həsənlinin cənazəsi hazırda həmin məsciddədir.

www.yenicag.az

1280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv