!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Şahin dövlətə yenə MEYDAN OXUDU: Məşədi Dadaş məscidinin axundunu İran necə qoruyur? - FOTO

!Reklam – Yazi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) dini təhsil üzrə diplomu olmayan axundların vəzifədən kənarlaşdırılmasını tələb edib.

Azərbaycanda Ramazan bayramının qeyd olunması tarixi ilə bağlı hər il müşahidə olunan mübahisə və anlaşılmazlıq, təəssüf ki, bu il də təkrarlandı. Türkiyə də daxil olmaqla müsəlman ölkələrinin əksəriyyətində bu il mayın 2-də bayram namazı qılınsa da, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) rəhbərliyinin, o cümlədən bir sıra dini icma başçılarının yaratdığı qeyri-müəyyənlik nəticəsində Azərbaycanın bəzi məscidlərində bayram namazı İranla eyni vaxtda – mayın 3-də qılındı.

Həmin məscidlər arasında İranla bağlılığı haqda davamlı materiallar yayılan Hacı Şahinin axundu olduğu Məşədi Dadaş məscidinin də yer alması heç kimi təəccübləndirmədi. Bəli, özünü cəmiyyətə “intellektual ilahiyyatçı” kimi göstərməyə çalışan Hacı Şahin Ayın görünməsinin “İran versiyası”nı əsas götürərək bu il də Azərbaycan möminlərinin Ramazan bayramında ikiyə bölünməsində xüsusi rol oynadı.

Amma əldə etdiyimiz müəyyən məlumatlara əsasən, Hacı Şahin və onunla eyni statusda olan bir çox icma rəhbərləri möminlərə istiqamət vermək səlahiyyətlərindən məhrum ediləcəklər. Bunun  DQİDK-nın QMİ-dən dini təhsil üzrə diplomu olmayan axundların vəzifədən kənarlaşdırılması tələbinin yerinə yetirilməsi ilə baş verəcəyi bildirilir.

Məsələ bundadır ki, DQİDK-nın vurğulanın tələbi, ilk növbədə, məhz Hacı Şahinə şamil edilməlidir. Çünki Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu olan bu axundun dini təhsili təsdiqləyən diplomu yoxdur. O baxımdan, Komitənin QMİ qarşısında qoyduğu tələb əsasənda axundluqdan azad ediləsi dini icma rəhbərlərinin birincisi elə Hacı Şahin olmalıdır. Məlumata görə, DQİDK da Hacı Şahinlə əlaqədar tələbini QMİ qarşısında çox qəti şəkildə qoyub.

O da bildirilir ki, QMİ rəhbərliyi İranın mümkün təzyiqindən çəkindiyi üçün komitənin bu tələbinin icrasını mümkün qədər yubatmağa cəhd göstərir. Ona görə də Hacı Şahinin axundluqdan uzaqlaşdırılması yubanır. Lakin DQİDK-nın haqqında danışılan tələbində qəti olduğunu nəzərə alsaq, Məşədi Dadaş məscidinin axundu barəsində qərarın özünü çox da gözlətməyəcəyini söyləmək olar.

www.yenicag.az

21325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv