!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Şahin Həsənli: "Qədr gecəsində bu fürsəti dəyərləndirmək lazımdır" - Müsahibə / VİDEO

!Reklam – Yazi

“Qədr gecəsində biz gələcəyimizi keçmişimizin əsirliyindən azad edirik”. 

Yenicag.az xəbər verir ki, bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 19-cu gününə, yəni aprelin 20-dan 21-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Qədr gecəsinin fəzilətləri ilə bağlı ilahiyyatçı, din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli Səhnə Tv-yə müsahibə verib.

Bu gecənin fəzilətlərinə toxunan ilahiyyatçı vurğulayıb ki, insanlar bu müqəddəs gecədə öz səhvlərini, xətalarını etiraf etməli, keçmişini təftiş edərək özünə hesabat verməli və bağışlanmasını diləməlidir. Qədr gecəsində səhərə qədər ibadətlə məşğul olub əfv diləyənlər heç şübhəsiz ki, bağışlanmış olacaqlar.

Sözügedən videomüsahibəni təqdim edirik:

www.yenicag.az

1597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv