!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əminəm ki, seçkiöncəsi yaradılan demokratik ab-hava seçki günü də davam edəcək" - Hacıbəy Heydərli

!Reklam – Yazi

“Prezidentliyə namizədlər təşviqat prosesi dövründə ənənəvi media ilə yanaşı sosial medianın yaratdığı imkanlardan da faydalandılar. Onlar sosial şəbəkələrdən fəal şəkildə istifadə etdilər.

Seçiciləri ilə görüşlər haqda elanları, məlumatları sosial media vasitəsilə paylaşdılar. Bu, həm də ölkəmizdə internetin, sosial medianın azad olduğunun bariz nümunəsidir”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azxeber.az” saytının baş redaktoru Hacıbəy Heydərli deyib.

Baş redaktor xatırladıb ki, Azərbaycanda ödənişli təşviqat üçün MSK-da qeydiyyatdan keçmiş 44 media subyektinin sırasında onlayn media da yer tutub: “Bu seçkilərin daha bir özəlliyi ondan ibarət oldu ki, ödənişli təşviqat üçün qeydiyyatdan keçən onlayn media subyektlərinin sayı çox oldu. Bu, həm də ölkəmizdə onlayn mediaya göstərilən dövlət dəstəyinin nəticəsi kimi qiymətləndirilə bilər”.

Hacıbəy Heydərli qeyd edib ki, təşviqat kampaniyası dövründə bütün namizədlərə bərabər şərait yaradılıb: “Əminəm ki, seçkiöncəsi yaradılan bu demokratik ab-hava seçki günü də davam edəcək və Azərbaycan xalqı öz iradəsi ilə azad seçim edəcək. 7 fevral seçkiləri Azərbaycanda yeni dövrün başlanğıcı olacaq”.

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv