!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda 43 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

!Reklam – Yazi

Avqustun 20-si saat 00:12 radələrində Hacıqabul rayon sakini 1980-ci il təvəllüdlü Rəhman Qocalıyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Hacıqabul Rayon Prokurorluğundan bildirilib.

Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Pərviz Quliyevin aralarında yaranmış mübahisə zamanı qonşusu Rəhman Qocalıyevə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv