!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda əməliyyat - Narkotacir “Yura” saxlanıldı

!Reklam – Yazi

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

DİN mətbuat xidmətidən Yenicag.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımaqda şübhəli bilinən rayon sakini Ş. Şirəliyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman cibindən heroin aşkar edilərək götürülüb. Araşdırmalarla Ş. Şirəliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Dindirilmə zamanı o “Yura” ləqəbli şəxsdən 10 manat müqabilində heroini aldığını bildirib. Davam etdirilən əməliyyat tədbirləri ilə “Yura” ləqəbli, əvvəllər dəfələrlə məhkum edilmiş Yusif Əkbərov də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün nəzərdə tutulmuş heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv