Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hackerlər “Apple”dən 50 milyon dollar tələb etdi – Sənədlər ələ keçirildi

Apple şirkətinin dünənki təqdimat tədbiri zamanı rus hackerlərdən ibarət REvil adlı qruplaşma şirkətin əsas tərəfdaş istehsalçılarından brinin serverlərinə kiberhücum reallaşdırıb.

Yenicag.az Technote-yə istinadən xəbər verir ki dünən Tayvanın Quanta Computer şirkətinə hackerlər hücumu edib və ordan hələ təqdim olunmamış yeni MacBook modelinin çertyojlarını oğurlayıblar. Həmin çertyojlarda isə təqdim olunmamış MacBook modelinin texniki özəllikləri barəsində məlumatlar əks olunublar. Məlumata əsasən cihaz barəsində sənədlər keçən ay yaradılıb.

Apple şirkətinin dünənki təqdimat tədbirinin bitməsinə yaxın hackerlər 15 sxem fotosu paylaşıb. İndi isə onlar Apple-dan 50 milyon dollar tələb edir. Əgər şirkət 1 may tarixinə qədər bu vəsaiti ödəməsə, REvil qruplaşması yeni noutbukun çertyoj fotolarını təqdim etməyə davam edəcək.

Hackerlər həmçinin qeyd ediblər ki, onlar xüsusi olaraq dünənki təqdimatı gözləyiblər. Belə ki, onlar tədbirdə yeni MacBook modelinin təqdim olunub-olunmayacağına əmin olmaq istəyiblər.

Quanta Computer şirkəti baş vermiş kiberhücum hadisəsini rəsmi şəkildə təsdiqləyib və qeyd edib ki, hal hazırda bu məsələ üzrə hüquq-mühafizə orqanları çalışır.

Apple isə bu məsələyə hələ heç bir münasibət bildirməyib.

Loading...

www.yenicag.az

138
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100