!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hadisələr Türkiyə-İsrail münasibətlərinin yenidən pozulmasına yönəlib" - "Sinxua"

!Reklam – Yazi

“İsrail-Fələstin münaqişəsi Türkiyə ilə İsrail arasında normallaşma üçün bir sınaqdır”.

Yenicag.az xəbər verir ki, bu başlıqla Çinin rəsmi “Sinxua” agentliyi məqalə dərc edib.

Nəşr qeyd edir ki, Qəzza zolağı ətrafında hazırkı vəziyyət İsrail-Türkiyə münasibətləri üçün stress sınağıdır. Başlanğıcda Ərdoğan İsrailin təcavüzünə qarşı çıxış edərkən əvvəlki eskalasiyalardan fərqli olaraq öz açıqlamalarında daha bitərəf idi. Lakin bir neçə gündən sonra Türkiyə lideri, eləcə də ölkənin bütün siyasi qurumu daha sərt tona keçdi.

İslamçı yaraqlıların İsrailin cənubuna soxulması Ankaranın xüsusilə enerji sahəsində iqtisadi əməkdaşlığa ümid edərək İsraillə yaxınlaşmağa çalışdığı bir vaxta təsadüf edib.

Analitiklər deyirlər ki, Türkiyə lideri qaya ilə sərt yer arasında qalıb və mülayim tonu saxlamaq asan olmayacaq.

“Əgər Qəzza zolağı ətrafında vəziyyət, xüsusən 2024-cü ilin martına planlaşdırılan bələdiyyə seçkiləri ilə bağlı Ərdoğan üçün siyasi cəhətdən baha başa gələrsə, o, münasibətlərin yenidən pisləşməsinə qərar verə bilər”, – türkiyəli ekspert Batu Coşkun “Sinxua” agentliyinə müsahibəsində bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv