Reklam: High Technic
hightechnic

Hafiz Hacıyevin anası: “İlham Əliyevə səs verməklə, oğluma səs vermişəm”

Prezidentliyə namizəd Hafiz Hacıyevin anası da fəaliyyətdə olan dövlət başçısına səs verib.

Bu barədə Yenicag.az-a Hafiz Hacıyevin anası, 85 yaşlı Pünhan Hacıyeva danışıb.

Qeyd edək ki, bu gün erkən saatlarda seçki məntəqəsinə gedən Hafiz Hacıyev seçkilərdəki rəqibi İlham Əliyevə səs verib.

Ailə üzvlərinin seçimindən danışan Hacıyev maraqlı məqama toxunub:

“Ailə üzvlərimiz əlbəttə ki, mənə səs verdilər. Ancaq özüm bülletendə kiçik qardaşım İlham Əliyevin adını qeyd etdim. Hətta anam da səsini mənə deyil, İlham Əliyevə verdi. Yəni anam iki övladından birinə səs vermiş oldu”.

Bu seçimlə bağlı söhbətləşdiyimiz Pünhan Hacıyevanın izahatı isə qısa və aydın oldu:

“Oğlumun qardaş dediyinə mən də oğlum deyirəm. İlham Əliyevə səs verməklə, iki oğlumdan birinə səs vermişəm”.

A.Zeynalov

www.yenicag.az

1376