!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hafiz Hacıyevin Xankəndi ARZUSU: "Qurban olmağa hazıram”

!Reklam – Yazi

“Terror da baş verə bilər, qanlar da tökülə bilər. Çəkinmədən, qorxmadan dövlət başçısına olan sədaqətimlə, ömrümün 35-40 ilimi ona həsr etmiş biri kimi Xankəndidə də fəaliyyət göstərmək istəyirəm”.

Bunu Xankəndinin meri vəzifəsinə hazır olduğunu bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Xankəndidə mer olmaq asan məsələ deyil:

“Antiterror əməliyyatı aparılsa da, hələ də Xankəndidə terrorçular ola bilər. Hələ də terror gözlənilir, hələ də qanlar axacaq. İstər-istəməz böyük çətinliklər mövcuddur. Ancaq mən hələ də fikrimin üstündəyəm.

Xankəndinə mer seçilən şəxs prezidentə sədaqətli olmalıdır. Gedib ermənilərdən rüşvət almaq yox, müəyyən lazımi işləri görmək lazımdır. Ermənilərin mentalitetini, xarakterini, dilini, adət-ənələrini bilən adam orada başçılıq etməlidir. Yəni Xankəndinə mer təyin olunmaq asan məsələ deyil. Yaxud Gəncənin icra başçısı olmaq demək deyil. 10-15 il də keçsə, ermənilər kin-küdurəti unudan deyil.

Əgər məsləhət bilsə, öz bacarığımla gedib Xankəndidə Ali Baş Komandanımız üçün nə köməklik olsa, edərəm. İstəyirəm ki, prezidentimizə köməyim dəysin, əlavə olaraq orada böyük işlər görülsün.

Hər şeyi nəzərə almışam. Uyğun görüləcəksə, Xankəndidə ilk erməni qurbanı olmağa hazıram. Çünki ermənilər bizi gül-çiçəklə qarşılamayacaq. Terror da baş verə bilər, qanlar da tökülə bilər. Çəkinmədən, qorxmadan dövlət başçısına olan sədaqətimlə, ömrümün 35-40 ilimi ona həsr etmiş biri kimi Xankəndidə də fəaliyyət göstərmək istəyirəm.

Ölümə belə getmək lazım olsa, ona da hazıram. Düzgünlük lazımdır. Bəzi məmurlar kimi gedib orada da villalar tikmək, camaatı incitmək lazım deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv