!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hafiz Məmmədovun hotelində YANĞIN - VİDEO

!Reklam – Yazi

Məlumat verildiyi kimi, bu gün saat 20:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN-dən Yenicag.az-a bildirilib ki, Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli otel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib.

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanıb, otelin binası yanğından mühafizə olunub.

***

Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Yenicag.az FHN-ə istinadən xəbər verir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

***

Bakıda otel yanır.

Yenicag.az-ın məlumatına görə, Nərimanov rayonunda milyonerlər məhəlləsi kimi tanınan küçədə “Ramada” adlı oteldə yanğın başlayıb.

Hazırda Məmməd Araz küçəsində yerləşən oteldə başlayan yanğının söndürülməsi istiqamətində FHN əməkdaşları tərəfindən işlər görülür.

Qeyd edək ki, sözügedən otel tanınmış biznesmen Hafiz Məmmədovundur və uzun vaxtdır ki, fəaliyyət göstərmir./Unikal/

www.yenicag.az

879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv