!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri ilə görüşdü

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohaya işgüzar səfəri çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Qətər əmiri Türkiyə Xarici İşlər Naziri ilə danışıqlar zamanı mülki şəxslərə qarşı hər cür hücumu pisləyib, Fələstin-İsrail münaqişəsinin həllinə yönəlmiş səylərin vacibliyini vurğulayıb və humanitar dəhlizlərin açılmasına çağırıb.

HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişqin “Telegram” kanalında yayımlanan bəyanatına görə, Fidan və Haniyə “Qəzzada vəziyyətin inkişafını, İsrailin təcavüzünə qarşı durmağın yollarını və Fələstin vətəndaşlarına yardım göstərməyi nəzərdən keçiriblər”./unikal

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv