!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakan Fidan iranlı həmkarı ilə müzakirə apardı

!Reklam – Yazi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, XİN rəhbərləri regional məsələləri, xüsusilə İsrailin Qəzza zolağında və İordan çayının qərb sahilində fələstinlilərə qarşı hərəkətlərini müzakirə ediblər.

Abdullahiyan Tehran və Ankara arasında əlaqələrin inkişafını, eləcə də iki ölkə prezidentlərinin qarşıdakı görüşünü vurğulayıb. Fidan yaxın gələcəkdə iki ölkənin yüksək səviyyəli rəsmilərinin səkkizinci sammitinin keçiriləcəyini qeyd edib. O, Qəzzada atəşkəsin yaradılmasına kömək etmək üçün İranın diplomatik səylərini yüksək qiymətləndirib.

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv