!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hakim telefonla danışıb penaltini ləğv etdi

!Reklam – Yazi

Portuqaliya çempionatının 4-cü turunun “Porto” – “Aroko” matçında oyunun baş hakimi Miqel Noqeyra VAR hakimləri ilə telefonla danışdıqdan sonra qonaqların qapısına təyin olunmuş penaltini ləğv edib.

Yenicag.az xəbər verir ki, görüşün 90-cı dəqiqəsində “Porto” penalti zərbəsi vurmaq hüququ qazanıb. VAR arbitrləri epizodu izləmək üçün Noqeyrnanı monitora çağırıb, lakin texniki problemlər üzündən o, görüntünü görə bilməyib. Uzun fasilədən sonra VAR-da həmkarları ilə əlaqə saxlamaq üçün baş hakimə mobil telefon verilib. O, telefonla danışdıqdan sonra penalti ləğv edilib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb./Qafqazinfo/

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv