!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilir

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2023-cü il iyulun 16-da hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə ki, imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunur.

Birinci növbə imtahan saat 9:00-da başlanıb və 13:00-da bitib. İkinci növbə imtahan 15:00-da başlanır.

İmtahanı bitirdikdən dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunur.

60 və daha yüksək bal toplayanlar növbəti mərhələyə buraxılır.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 17-19 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv